Azərbaycanda iyunun 23-dən 25-dək keçiriləcək Formula 1 yarışları ilə əlaqədar hazırlıq işləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında saat 22:00-dan səhər saat 06:00-dək baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar.
Nərgiz