15 May 2017 14:54
3 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışlarında Azərbaycan təmsilçisi Anastasiya İbrahimli qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə hicablı formada çıxan Anastasiya İbrahimli 219 kq nəticə göstərərək birinci yerə çıxıb. 69 kq çəki dərəcəsində mübarizə aparan İbrahimli birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırmada isə 119 kq-ı ram edib.

Anastasiya həm də İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırmada 1, təkanla qaldırmada 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Qızıl medalı qaliblərə Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev təqdim edib.

Qeyd edək ki, Azər Əliyev Azərbaycanı təmsil edən sabiq ağır atlet olub. O, Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğludur.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər