3 İyul 2017 02:13
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboksun WAKO versiyası üzrə dünya çempionu Elşad Ələsgərovun əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkədə məlumat verib.

“Bildiyniz kimi Fransanın Montekarlo şəhərində WAKO dünya kəməri uğrunda döyüşə dəvət alaraq yola düşdüm. Şəxsi məşqçim Elnur Alıyevlə... Döyüşün qələbəylə bitəcəyinə inanırdım. Çünki məşqlərimiz də qaydasında keçmişdi. Özümü tam formada hiss edirdim. Ağır keçən 5 raundluq döyüşün ilk raundunda rəqibin başla qadağan olunmuş zərbəsiylə qarşılaşdım. Bundan son ra çənəm zədələndi. Rəqibim daha üstün olduğuna görə məğlub oldum. Hakimlərin qərarıyla 3:2 xal hesabla yerli idmançıya məğlub oldum. Fedarasiyamızın prezidenti Millət vəkili Adil Əliyevə, vitse-prezidentimiz Güloğlan Cabbarova öz dərin təşəkkürümü bildirirəm. Hər zaman yanımızdaydılar.
Baş məşqçimiz Elşən Abdulrəhimova da təşəkkür edirəm. Onun da mənim üzərimdə əziyyəti çoxdur”.

Qeyd edək ki, kikboksçumuz Elşad Ələskərov yenidən peşəkar rinqdə öz gücünü sınamaq fikrində idi. Belə ki, Monte Karloda keçirilən “WAKO PRO” dünya kəməri uğrunda döyüşə vəsiqə qazanmış kikboksçumuz fransalı rəqibi Giovanni Grossla üz-üzə gəlib. Hər zaman Azərbaycana qələbə sevincini yaşadan Elşad bu dəfə də uğura imza ata bilməyib. O yarışda rəqibin qadağan olunmuş zərbəsiylə qarşılaşıb. Döyüşü sona qədər davam etdirsə də rəqibindən üstün ola bilməyib, bərabərliklə bitən döyüş yerli idmançının hesabına yazılıb.

İdmançımız orada öz revanş döyüşünü elan edibmiş. Çünki udulan kəmər 3 dəfə udan müdafiə olunmalıdır.
Bildirək ki, çempion ad günündən 2 gün sonra rinqə çıxıb.

Dünya çempionumuzun çənəsi yarıldı – Əməliyyat olundu - FOTO
Dünya çempionumuzun çənəsi yarıldı – Əməliyyat olundu - FOTO
Dünya çempionumuzun çənəsi yarıldı – Əməliyyat olundu - FOTO
Dünya çempionumuzun çənəsi yarıldı – Əməliyyat olundu - FOTO


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər