5 İyul 2017 16:29
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Sərhədçi Olimpiya Mərkəzində 23 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Teleqraf.com-un məlumatına görə, çempionata 36 komanda, 400 idmançı qatılıb.

Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov + 100 kq çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olub.


Müəllif: Teleqraf.com