21 İyul 2017 10:36
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Ağayev Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edəcək.

Bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.

O bildirib ki, 31 yaşlı qolkiper razılığa gəliblər. O, heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Digər iki oyunçu Yakub Diviş və Ludek Veymoladır.

Bu gün millimizin qapıçısının Çexiya klubuna keçidinin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, K.Ağayev son olaraq Portuqaliya "Boavişta"sında oynayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər