Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Terimin yerinə Mirça Luçesku gətirilib.
Türkiyə Futbol Federasiyasının nümayəndələri bununla bağlı rumıniyalı mütəxəssislə razılığa gəlib. Onunla 2+1 illik müqavilə imzalanacaq. 72 yaşlı çalışdırıcı ilinə 2.5 milyon avro maaş alacaq.
Qeyd edək ki, M.Luçesku 2000-2002-ci illərdə "Qalatasaray", 2002-2004-cü illərdə "Beşiktaş"da baş məşqçilik edib.
Xatırladaq ki, M.Luçesku ötən mövsüm "Zenit"i çalışdırıb.