Beynəlxalq Olimpiya Komitəsi (BOK) müvəqqəti olaraq Rusiyanın təşkilatda üzvlüyünü dayandırıb. Bundan əlavə, Rusiya yığması Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək 2018 il Olimpiya Oyunlarından kənarlaşdırılıb.
Bu barədə Trend BOK-un mətbuat xidmətinə istinadən məlumat verir.
Qərar BOK-un İcrayyə Komitəsinin iclasında qəbul edilib.