Fransanın Paris şəhərini təmsil edən futbol klubu “Paris Sen-Jermen”in (PSJ) idman direktoru Antero Enrike maraqlı açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Enrike bir neçə futbol klubu ilə bağlı yeni ittihamlar irəli sürüb.
Onun sözlərinə görə, keçən il İspaniyanın PSJ klubunun “Barselona”ya 6-1 hesabı ilə məğlub olmasında şübhəli məqamlar var, oyun zamanı anormal hadisələr baş verib. Belə şübhəli məqamların “Real” Madrid-“Bayern Münhen” qarşılaşmasında da olduğunu açıqlayıb.
“El Klassiko” öncəsi hər iki klubun bu ittihamlara necə cavab verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən PSJ klubu öz meydanında Barselonaya 4-0 hesabı ilə qalib gəlsə də, rəqib meydanda 6-1 hesabı ilə məğlub olaraq turu keçə bilməyib.