30 Dekabr 2017 01:23
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"ın futbolçusu Məsut Özil "Barselona"ya keçidə razılıq verib.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi ancaq Kataloniya klubunun qarşısına iki şərt qoyub. O,matçlara start heyətdə çıxmağı və ilinə 19 milyon avro maaş istəyib. Özilin bu tələbləri təmin ediləcəyi təqdirdə, futbolçu "Barsa" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Özil bu mövsüm Premyer Liqada 17 matçda 4 qol vurub, 5 qolun ötürməsini verib.


Müəllif: Teleqraf.com