Türkiyənin ikinci liqasında çıxış edən “Amedspor” futbol klubunun futbolçusu hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum Almaniyanın Axen şəhərində qeydə alınıb.
Klubda çıxış edən 28 yaşlı türkiyəli futbolçu Dəniz Nakiyə istirahət üçün getdiyi Almaniyada silahlı hücum olub.
Gecə saatlarında baş verən hücum zamanı Nakinin avtomobilinə zərər dəyib. Özü isə xoşbəxtlikdən hadisədən xəsarətsiz xilas ola bilib.
Faktla bağlı alman polisi araşdırmalara başlayıb.