İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanın meneceri yarımmüdafiəçinin Türkiyə “Başakşəhər”inə keçidi ilə bağlı suallara aydınlıq gətirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, menecer Əhməd Bulud transferi təsdiqləyib:
“Arda Turan üçün “Başakşəhər” klubu ilə anlaşdıq”.
O əlavə edib ki, razılaşmadan sonra son söz “Barselona” klubunundur.