Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, yığmamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb.
8 qolun qeydə alındığı qarşılaşma millimizin inamlı qələbəsiylə başa çatıb.
Futzal üzrə Avropa çempionatı
2 fevral
21:00 Fransa - Azərbaycan 3:5
Qol: Nqala, 7. Mohammed, 21. Muhudine, 40 - Bolinya, 3; 23; 24. Qalo, 29. Eduardo, 39.
Hakimlər: Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya)
Fransa: 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 10. Abdessamad Mohammed, 20. Souheyl Mouhoudine
Ehtiyat oyunçular: 12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade
Baş məşqçi: Pierre Jacky
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Fineo de Araujo, 6. Eduardo Borges, 13. Everton Kardoso “Qalo”, 3. Thaqo Telez “Bolinyo”
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio Da Silva