10 Mart 2018 11:49
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə çempionatının I divizionunda çıxış edən "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində "Boluspor"la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər