Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir.
Teleqraf.com xəbər verir ki, beşinci turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinglə üz-üzə gəlib.
Çinli rəqibinə qarşı qara fiqurlarla oynayan Məmmədyarov son 3 turda olduğu kimi, bu dəfə də heç-heçə ilə kifayətlənib. Tərəflər 31-ci gedişdə yarım xala razılaşıblar.
Qeyd edək ki, hazırda aktivində 3 xalı olan qrossmeysterimiz lider Fabiano Karuanadan yarım xal geri qalır.