Kriştiano Ronaldo Çinə transfer oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Quanqzu Everqrande"nin sabiq baş məşqçisi Luis Felipe Skolari Kriştiano Ronaldo ilə bağlı gözlənilməz açıqlama verib.
Mütəxəssis "Real"ın portuqaliyalı ulduzunun ondan Çindəki həyatla bağlı məlumatlar aldığını bildirib: "Ona dedim ki, Çinə getmək fürsəti olsa, bundan imtina etməsin".
İspaniyada vergi ilə bağlı problemlər yayaşan futbolçunun vəziyyət düzəlməyəcəyi halda "Real"dan ayrılacağı deyilir. Skolarinin bu açıqlaması onun Çinə üz tuta biləcəyi ilə bağlı iddialara səbəb olub.