Aprelin 7-də İngiltərə Premyer Liqasının 33-cü turunda Mançester derbisi oynanılıb.
Teleqraf.com xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında “Mançester Yunayted” komandası əzəli rəqibi - çempionatın lideri “Mançester Siti”nın qonağı olub.
"Etihad" stadionunda keçirilən oyunda 5 qol vurulun. Oyunun 25-ci dəqiqəsində Kompani hesabı açıb - 1:0. Beş dəqiqə sonra meydan sahibləri ikinci qolu rəqibin qapısından keçiriblər. Gündoğan hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə bu hesabla razılaşmayan "qırmızı şeytanlar" buraxılan qollardan birinin əvəzini 53-cü dəqiqədə çıxıblar - 2:1. Qoldan iki dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər - Pol Poqba dublu rəsmiləşdirib - 2:2. Oyunun son nöqtəsini yenə də qonaqlar qoyub. Belə ki, 69-cu dəqiqədə Aleksis Sancesin ötürməsindən sonra Smollinq fərqlənib.
Bu qələbədən sonra "Mançester Yunayted" lider "Mançester Siti"dən xalq fərqini 13-ə endirib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Everton" - "Liverpul" - 0:0.
"Bormunt" - "Kristal Palas" - 2:2.
"Brayton"- "Haddesfild" - 1:1.
"Lester" - "Nyukasl" - 1:2.
"Stok" - "Tottenxem" - 1:2.
"Vatford" - "Barnli" - 1:2.
"Vest Bronviç" - "Svonsi" - 1:1.
Qeyd edək ki, tura aprelin 8 "Arsenal"-"Saupqenton", "Çelsi"-"Vest Xem" oyunlarından sonra yekun vurulacaq.