26 Aprel 2014 22:09
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim üçn hazırda ən önəmli matç "Valensiya" ilə oyundur. Daha sonra "Çelsi" ilə görüşü düşünəcəyik. Çox yaxşı komanda deyilik. Ancaq bütün qarşılaşmalarda az səhv etməyə çalışırıq".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada "Valensiya" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Futbolçusu Arda Turan haqda da danışan argentinalı çalışdırıcı türk yarımmüdafiəçinin artıq əvvəlki formasına qayıtdığını bildirib:

"Arda yaxşı oynayanda görüşün nəticəsinə təsir edir".

Simeone dünən dünyasını dəyişən Tito Vilanovanın ölüm xəbərinə üzüldüyünü də qeyd edib:

"Həmkarım məni tərk etdi. İndi onun ailəsinin yanında olmalıyıq. Çox ağır itki oldu".


Müəllif: