Rusiya gimnastı Mariya Sergeyeva Bakıda keçirilən Dünya Kubokunda halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, onun finalda nəticəsi 18.200 bal olub.
İkinci yeri 17.750 balla Belarus idmançısı Katerina Qalkina, üçüncü yeri isə ABŞ təmsilçisi Laura Zenq tutub - 17.350.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.