18 İyun 2018 18:27
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında bu günə daha 3 oyun nəzərdə tutulub.

Teleqraf.com-un məlumatına görə, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulub. İsveç millisi Cənubi Koreya ilə üz-üzə gəlib.

Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha yüksək qiymətləndirilirdi. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Bu qrupdakı digər oyununda Meksika Almaniyanı məğlub edib.

Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panamanı, daha sonra İngiltərə Tunisi sınağa çəkəcək. Hər iki görüşün favoriti Avropa qitəsinin təmsilçiləridir.

18 iyun

G qrupu

19:00. Belçika - Panama
Soçi. "Fişt" stadionu


22:00. Tunis - İngiltərə
Volqoqrad. "Volqoqrad Arena"

F qrupu

16:00. İsveç - Cənubi Koreya - 1:0
Qol: Qranvqist, 65-pen.
Nijni Novqorod. Şəhər stadionu

17 iyun

Almaniya – Meksika - 0:1

G qrupu

19:00. Belçika - Panama
Soçi. “Fişt” stadionu

22:00. Tunis - İngiltərə
Volqoqrad. “Volqoqrad Arena”


Müəllif: Teleqraf.com