DÇ-2018-in qrup mərhələsinin 1-ci turunda İsveçrə ilə bərabərə (1:1) qalaraq 2 xal itirən Braziliya millisi növbəti xoşagəlməz hadisə ilə üzləşib.
Komandanın aparıcı üzvü Neymar zədələnib. 26 yaşlı hücumçu bu günkü məşqə komanda ilə birlikdə çıxsa da, sağ ayağında ağrı hiss etdiyi üçün cəmi 5 dəqiqə sonra meydançanı tərk etməli olub.
Qeyd edək ki, dünənki məşqi də buraxan Neymar fərdi hazırlıqla kifayətlənmişdi.
\Qol.az\