“Fənərbaxça”nın ötən ilki oyunlarını izləyən holland baş məşqçi Filip Koku hazırladağı hesabatı klubun idman direktoru Comolliyə təqdim edib.
Teleqraf.com xəbər verir ki, Koku 9 futbolçunu klubdan yola salmaq istəyir.
Onun hesabatındakı bəzi detallar məlum olub.
Maurusio İsla – Onun səhvlər ucbatından komanda pis nəticələrlə üzləşib. Texnikası yaxşıdır, amma konsentrasiya baxımından əziyyət çəkir. Yolları ayırmaq lazımdır...
Nabil Dirar – Hücumda faydası məhduddur. İstənilən cinah hücumçusu komandaya onu qədər dəstək verə bilər. Onu inkişaf etdirmək vaxt itkisinə səbəb olar. Satıla bilər.
Giuliano – Bu tərz oyunçular Braziliyada belə cəmi bir neçə klubda oynayır. Üzərinə götürdüyü rol çox ağırdır. 8 nömrə və ya cinahda oynatmaq olar, amma 10 nömrə üçün zəifdir. Qala bilər, amma onun mövqeyinə oyunçu transfer etmək lazımdır.
Alper Potuk – Çox enerjili və sürətli futbolçudur. Nəticəyə oynamır. Komandaya uyğunlaşdırmaq olar, vəziyyətdən asılıdır.
Mathieu Valbuena – Topla çox oynayır, komandanı müdafiə məsələsində çox çətinə salır. Hücumda köməyi çoxdur, amma aqressiv klublara qarşı oyunda komandanı pis vəziyyətdə qoya bilər. Klubdan göndərilsə, problem yaratmaz.
Aatif – Cinahda oynamaqdan başqa dəyərli bir xüsusiyyətini görmədim. Sadə oynayır, müdafiəyə köməyi dəyir. Ancaq mənim sistemimə görə bacarıqları azdır. Mütləq satılmalıdır.
Volkan Demirel – Çox səhv edir. “Beşiktaş”la kubok oyununda qırmızı kart almağı bağışlanmazdır. Həyatım boyu meydandan qovulmaq üçün bu qədər səy göstərən futbolçu görmədim. Qalsa ehtiyatda oturacaq.
İsmayıl Köybaşı – Komandanın ən qeyri-stabil futbolçusudur. Müdafiədə oynayır, ancaq müdafiə olunmağı bacarmır. Hücuma çıxdıqda geri qayıtmaqda çətinlik çəkir, klubu pis vəziyyətdə qoyur. Komandandan göndərilməlidir.
Filip Kokunun hesabatda rəhbərlikdən azı 6 oyunçunun alınması vacibliyini qeyd edilib.