Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Qostəreşe Fulad” futbol klubunun adı dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, klub bundan sonra “Şəhriyar Maşınsazi” adlanacaq.
Super liqa yarışlarına vəsiqə qazanan komandanın yeni adı rəsmiləşdirilib.
“Fulad”ın adı ilə birlikdə onun loqosu və digər nişanları da dəyişib.
Yeni adla adlanan Təbriz komandası 18-ci super liqa yarışlarının birinci həftəsində Xuzistanın “İstiqlal” komandası ilə qarşılaşacaq.
Klubun adındakı “Şəhriyar” sözü Azərbaycanın mərhum şairi Məhəmməhüseyn Şəhriyarın adından götürülüb.