15 Avqust 2018 07:18
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri davam edir.

Teleqraf.com xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu, “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” da qitənin ən mötəbər klub turniri ilə vidalaşıb.

İlk oyunda öz meydanında Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə uduzan “Astana” səfərdə də rəqibinə məğlub olub. Görüş xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Almeyda 78-ci dəqiqədə əvəzlənib. Digər sabiq “Qarabağ”lı Pedro Enrike isə 90 dəqiqə meydanda olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər