8 Sentyabr 2018 16:01
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

Teleqraf.com UEFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.

Referi Barbeno Lukaya Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər