30 Sentyabr 2018 01:17
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında VII turun "Eybar" - "Sevilya" matçı zamanı "Munisipal de İpurua" stadionu uçub.

Hadisə ikinci hissənin ortalarında baş verib.

"Sevilya"nın futbolçusu Ever Baneqanın qolunun qeyd edildiyi vaxt Eybardakı arenada hasar qırılıb. Nəticədə "Sevilya" azarkeşləri meydana yıxılıblar.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar tibbi yardım almaqdan ötrü xərəklə aparılıblar.

Qeyd edək ki, görüş "Sevilya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər