Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun görüşləri keçirilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çin ilə qarşılaşıb və görüş 1,5:2,5 hesabı ilə rəqibin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması 13 xal ilə hazırda 10-cu yerdə qərarlaşıb.