9 Oktyabr 2018 16:18
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan türkmən futbolçu Sərdar Azmun yenidən İranın milli futbol komandasına qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

İran komandasının məşqçi heyəti uzun müddət idi ki, hazırda Rusiyanın “Rubin” futbol klubunun şərəfini qoruyan Sərdar Azmunla danışıqlar aparırdı.

Qeyd edək ki, türkmən futbolçu Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında iranlı azarkeşlər tərəfindən təhqir edildiyi üçün yığmada oynamaqdan imtina etmişdi.

O, yığmadan uzaqlaşmasına səbəb kimi, anasının da fars millətçilər tərəfindən təhqir edilməsi ilə əsaslandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər