7 Noyabr 2018 22:39
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan olan Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz irlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, o, təhqirlərə son verməyəcəyi təqdirdə Konoru döyəcəyini bildirib.

“Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm”.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da keçirilən UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüşün başa çatmasından sonra həm döyüşçülər, həm də komandalarının nümayəndələri, o cümlədən rusiyalı qaydasız döyüş ustası Zübeyr Tuhuqovun iştirakı ilə atışma olub. Nəticədə UFC 229 turnirində baş verən hadisəyə görə Tuhuqovla İrlandiya təmsilçisi Artyom Lobov arasındakı qarşılaşma ləğv edilib.

Döyüşdən sonra Nevada Dövlət Atletika Komissiyası (NSAC) Nurməhəmmədova ödənilməli olan iki milyon dollar qonorarın verilməsini istintaqın bitməsinə qədər dondurub.

Bundan sonra Həbib Nurməhəmmədov bildirib ki, onun komandasının üzərindən ittihamlar götürülməyənə qədər UFC ilə yeni döyüşlə bağlı danışıqlar aparmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər