Ötən bazar bodibildinq və klassik bodibildinq üzrə Azərbaycan çempionatı və mens fizik və bikini fitnes üzrə Azərbaycan Kuboku keçirilib.
Teleqraf.com xəbər verir ki, 57 idmançının qüvvəsini sınadığı yarışda Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərinin idmançıları da iştirak edib.
Üçüncü dəfə keçirilən bikini fitnes üzrə Azərbaycan kubokunda Lalə Cəfərova bütün rəqiblərini qabaqlayaraq qalib gəlib. Gülər İsmayılova gümüş, Rəna Əliyeva bürünc medal qazanıb. Vaxtilə idman jurnalisti kimi fəaliyyət göstərmiş Kəmalə İsmayılova IV, Lalə Mayılova isə V yeri tutub.