9 Noyabr 2018 02:00
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 3 məğlubiyyətdən sonra Ukraynada “Vorskla” ilə görüşüb. Araz Abdullayevin 12-ci dəqiqədə penaltidən vurduğu top matçın taleyini həll edib. 1:0 hesablı qələbə “Qarabağ”ı 4-cü pillədə saxlasa da, mərhələ keçməyə şanslarını qoruyub.

Oyun xoşagəlməz hadisələrlə də yadda qalıb. Görüş iki dəfə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən dayandırılıb. Nəticədə ikinci hissəyə 12 dəqiqə əlavə edilib.

Avropa Liqası

Qrup mərhələsi, IV tur
E qrupu, 8 noyabr

"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Araz Abdullayev, 12-p.
Poltava. Aleksey Butovski adına stadion. Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə)

“Vorskla”: 1.Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10.Vladislav Kulaç, 11.Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoeç, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebenok
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv, 44. Ardin Dalku,
Baş məşqçi: Vasili Saçko

“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər