21 Noyabr 2018 01:30
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün (20.11.2018) Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız da son oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Kosovo ilə üz-üzə gəlir. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.

Priştinada əldə ediləcək istənilən hesablı qələbə yığmamızı Avro-2020-nin final mərhələsinə bir addım yaxınlaşdıracaq. Çünki Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməyən, lakin Millətlər Liqasında yüksək yer tutan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

20 noyabr

D Liqası

23:45. Kosovo – Azərbaycan - 4:0 (İkinci hissə)

Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), A. Rrahmani, 61 (3:0), A.Zeneli 75.

Baş hakim: Benua Milyo (Fransa)

Priştina. Fadil Vokrri stadionu

23:45. Malta – Farer adaları - 1:1 (Birinci hissə)
Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)

***

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

Teleqraf.com xəbər verir ki, millimiz qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq.

Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Qeyd edək ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi hakimlər, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

***

Bu gün Millətlər Liqasında əsas mərhələyə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisi turnirdə son qarşılaşmasına çıxacaq.

D liqasında mübarizə aparan yığmamız səfərdə Kosovo ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri 3-cü qrupun qalibi adı uğrunda mübarizədə son matçını keçirəcək.

İlk 5 turda uduzmayan komandaların Priştinadakı görüşü 1-ci yerin sahibinin adına aydınlıq gətirməlidi. Kosovodan 2 xal geri qalan millimiz buna nail olmaq üçün mütləq qalib gəlməlidi.

Bu, qitə çempionatının pley-off mərhələsində oynamaq üçün imkan yarada bilər.

Millətlər Liqası. D liqası, 3-cü qrup

VI tur, 20 noyabr

23:45. Kosovo – Azərbaycan

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Mehdi Rahmouni, Bertrand Juanno

Dördüncü hakim: Bencamin Paje

Əlavə köməkçi hakimlər: Frank Şneyder, Karim Abed (hamısı Fransa)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. Fadil Vokrri stadionu


Müəllif: Teleqraf.com