"Mançester Yunayted"lə müqavilə imzalayacağı gözlənilən Anxel di Mariya tibbi müayinədən keçib.
Qol.Az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatı yazıb. Argentinalı yarımmüdafiəçinin bu günlərdə "MY" ilə rəsmi müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, "MY"nın bu transfer üçün "Real"a 75 milyon funt sterlinq ödəyəcəyi iddia edilir.