29 Dekabr 2018 07:19
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Kayserispor” klubunun hücumçusu Asamoa Qyanın bank hesabında cəmi 760 dollar qalıb.

Teleqraf.com xəbər verir ki, Qana millisinin futbolçusu aylarla məvacib almadığını və ailəsini saxlaya bilmədiyini dilə gətirib.

Pul olmadığından Qyan Milad bayramında övladlarının yanına gedə bilməyib.

Qeyd edək ki, Qyan “Udineze”, “Renn”, “Sanderlend” kimi klublarda çıxış edib. O, Qana millisinin tarixində ən çox qol vuran oyunçudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər