“Bavariya”nın futbolçusu Mats Hummels karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf.com-un məlumatına görə, 30 yaşlı müdafiəçi ilə “Çelsi” yaxından maraqlanır.
Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin Hummelsi 30 milyon avroya “zadəganlar”a satmağa hazır olduğu bildirilib.
2016-cı ildən “Bavariya”nın şərəfini qoruyan Hummels, cari mövsümdə 15 qarşılaşmada iştirak edib. (komanda.az)