Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, çempionatın lideri “Neftçi” doğma azarkeşlər önündə “Keşlə”ni qəbul edib. Bu qələbədən sonra “Neftçi” xalların sayını 37-ə çatdıraraq turnir cədvəlində əsas izləyicisi “Qarabağ”dan 3 xallıq fərqi qoruyub saxlayıb. “Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun ilk oyun günündə səfərdə “Qəbələ” “Sabah”a 1:0, “Qarabağ” “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.