10 Mart 23:30

İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, bu gün 3 matç keçirilib.

"Liverpul" doğma meydanda "Bernli"yə 4:2 hesabı ilə qalib gəlib. "Çelsi" "Volverhempton"la heç-heçə edib - 1:1.

Turun digər oyununda "Mançester Yunayted" səfərdə "Arsenal"a 0:2 hesabı ilə uduzub. Bu, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşerin Premyer Liqadakı ilk məğlubiyyəti olub.

"Arsenal" - "Mançester Yunayted" - 2:0
Qollar: Xhaka, 12, Obameyanq, 69-pen

"Çelsi" - "Volverhempton" - 1:1
Qollar: Ximenes, 56 (0:1), Hazard, 90 (1:1)

"Liverpul" - "Bernli" - 4:2
Qollar: Vestvud, 6 (0:1), Firmino, 19 (1:1), Mane, 29 (2:1), Firmino, 67 (3:1), Qudmundsson, 90+1 (3:2), Mane, 90+3 (4:2)

Qeyd edək ki, turnir cədvəlinə 74 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 73 xalla 2-ci, "Tottenhem" 61 xalla 3-cü, "Arsenal" 60 xalla 4-cü, "Mançester Yunayted" 58 xalla 5-cidir. "Çelsi" isə 57 xalla 6-cı pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com