17 Mart 2019 18:53
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasında 28-ci turun oyunları davam edir.

Teleqraf.com-un məlumatına görə, çempionatın lideri "Yuventus" bu tur gözlənilmədən məğlub olub.

Səfərdə "Cenoa"nın qonağı olan Turin klubu 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldoya istirahət verdiyindən portuqaliyalı superulduzun adı "Cenoa" ilə matçın iştirak ərizəsinə salınmayıb.

17 mart

"Cenoa" - "Yuventus" - 2:0
Qollar: S. Sturaro, 72 (1:0), Q. Pandev, 81 (2:0)

Qeyd edək ki, hazırda 75 xalla turnir cədvəlinə başçılıq edən "qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 18 xal qabaqlayır. Neapollular liderdən 1 oyun az keçiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər