24 Mart 2019 00:39
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisi AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turunda Çexiyanı məğlub edib.

Teleqraf.com xəbər verir ki, 5:1 hesabıyla bitən görüş, İngiltərə yığmasının üzvü Kallum Hadson-Odoi üçün əlamətdar olub. Belə ki, oyunun 70-ci dəqiqəsində meydana daxil olan Kallum, İngiltərə yığmasında forma geyinən ən gənc futbolçu ünvanını qazanıb. “Çelsi”nin şərəfini qoruyan Kallum, buna 18 yaş 135 günlüyündə nail olub.

Bundan əvvəl İngiltərə millisində forma geyinən ən gənc futbolçu Dankan Edvards idi. O, yığmada debüt matçına 18 yaş 183 günlüyündə çıxmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər