Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.
Teleqraf.com-un məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşır. "Bakcell Arena"da keçirilən görüş saat 18:00-da başlayıb.
Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.
FİFA reytinqində isə yığmamız daha irəlidədir. Komandamız 26-cı, Litva isə 41-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu
25 mart (bazar ertəsi)
18:00. Azərbaycan - Litva - 0:0 (Birinci hissə)
Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"