17 Aprel 2019 07:25
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Liqasının 28-ci turunda “Nant”la qarşılaşacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq.

Teleqraf.com xəbər verir ki, komandanın 8 aparıcı üzvü bu görüşü buraxacaq. Bunlar Neymar, Edinson Kavani, Tiaqo Silva, Marko Veratti, Markinyos, Anhel di Mariya. Xuan Bernat və Tomas Menyedir. Bu barədə yerli mətbuata açıqlama verən komandanın baş məşqçisi Tomas Tuhel futbolçuların bəzilərinin cəzalı durumda, bəzilərinin isə zədəli olduğunu bildirib.

Qeyd edək ki, PSJ sabah səfərdə keçirilcək görüşdə qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcək.


Müəllif: Teleqraf.com