10 İyun 2019 00:14
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA növbəti qayda dəyişikliyinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, qitə futbol qurumu beyin sarsıntısı keçirən futbolçuların meydana qayıtmaması üçün əlavə əvəzetməyə icazə verə bilər. Bu barədə UEFA-nın prezidenti Alksandr Çeferin məlumat verib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la oyununda sözügedən halla üzləşən "Tottenhem"in müdafiəçisi Yan Vertongeni gördükdən sonra bu fikrə düşdüklərini bildirib:

"Ona nəsə olacağından çox qorxdum. Çünki meydana geri dönərkən özünü yaxşı hiss etmədiyi aşkar görünürdü. Vertongen həmin vaxt ölə bilərdi. Bununla bağlı qaydada dəyişiklik etmək üçün FİFA rəsmiləri ilə görüşəcəyik. Onlar da bu problemi həll etməyə çalışırlar. Oyunçulara nəsə olsa, ömür boyu peşmançılıq çəkərik. Hansı futbolçunun köməyə ehtiyacı varsa, dərhal ona yardım etməliyik. Qayda dəyişikliyi oyuna təsir etməyəcək".

Qeyd edək ki, dəyişikliyin 2021-ci ilədək qüvvəyə minəcəyi gözlənilir.

/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər