16 İyun 2019 15:15
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" "Roma"nın müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmaq istəyir.

Teleqraf.com-un verdiyi xəbərə görə, İstanbul klubu 34 yaşlı futbolçuya rəsmi təklif göndərib. Serbiya millisinin üzvünə 2+1 illik müqavilə və illik 2.3 milyon avro təklif edən "sarı-lacivərdlilər" "Roma" ilə danışıqları davam etdirir. Təcrübəli oyunçu özü də "Fənərbaxça"da oynamaqda maraqlıdır. Klublar təzminat məsələsində razılığa gələcəkləri təqdirdə Kolarovun Superliqa təmsilçisinə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Kolarov "Roma"dan əvvəl "Latsio" və "Mançester Siti"nin də formasını geyinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər