23 İyun 2019 16:45
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.

O, bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

Digər Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun ¼ finalda məğlub etdiyi Ermənistan idmançısı Ferdinand Karapetyanı üstələyib.


Müəllif: Teleqraf.com