Karyerasını başa vurmuş futbolçu Andrey Arşavin həyat yoldaşı Alisa ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, eks-futbolçu ilə jurnalistin məhkəməsi bu gün Peterburq rayon məhkəməsində baş tutub. Məhkəmə uşaqların anada qalmasına qərar verib.
Qeyd edək ki, futbolçu bundan sonra gəlirinin 1/8 hissəsini aliment verəcək. Alisa Kazmina mal varlığının bərabər bölünməsini tələb edib.
Xatırladaq ki, Andrey və Alisa 2016-cı ildə ailə qurublar. Bu ilin yanvarından isə cütlüyün boşanma məhkəməsi başlayıb.