13 İyul 22:14

“Qarabağ”ın futbolçusu Simeon Slavçev daha bir Bolqarıstan klubunun hədəfində olub.

Teleqraf.com Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “Botev” bolqar futbolçunu heyətinə qatmaq niyyətində olub. Ağdam təmsilçisindən ayrılmaq istəmədiyini bildirən 26 yaşlı yarımmüdafiəçi, Bolqarıstan klubunun təklifindən imtina edib.

Bundan öncə futbolçu ilə Sofiyanın ÇSKA klubunun da yaxından maraqlandığı deyilirdi.

Bolqar yarımmüdafiəçi “Qarabağ”a ötən ilin yayında transfer olunmuşdu.


Müəllif: Teleqraf.com