20 İyul 2019 00:44
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Fənərbaxça"ya sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, buna İstanbul klubunun 2016-cı ildə imzaladığı maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək.

Bundan başqa, İstanbul təmsilçisi 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.

"Fənərbaxça", həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək.

UEFA maliyyə feyr-pley qaydasını pozduğuna görə klubu avrokuboklardan kənarlaşdırmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər