Avropada 2019/20 mövsümünün ən yaxşı qapıçısı müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu gün Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində ən yaxşı qolkiperin adı açıqlanıb.
Bu, “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekkerdir. O, UEFA-nın sorğusunda Hüqo Loris ("Tottenhem", Fransa) və Mark-Andre ter Ştegeni ("Barselona", Almaniya) qabaqlayıb.