3 Noyabr 2019 23:58
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahmat üzrə komandalar arasında Avropa çempionatında Ermənistan komandasını məğlub edən qadın şahmatçılarımız Zeynəb Məmmədyarova ilə Günay Məmmədzadə Azərbaycana gəliblər.

Teleqraf.com “Real TV”yə istinadən xəbər verir ki, şahmatçılarımız qələbənin gözlənilən olduğunu bildiriblər.

“Sonuncu dəfə ermənilərə 2008-ci ildə xal itirmişik. Ondan sonra milli komandamız onlara heç vaxt uduzmayıb. Bütün azərbaycanlıları təbrik edirəm. Ermənilərlə oynayanda hansı hissləri keçirdiyimizi sadə insanlar bilməz. Çox gərgin hisslər keçirirdik. Azərbaycan qadınlarının birliyi ermənilərə qalib gəldi”, - deyə Məmmədyarova bildirib.

Günay isə hər dəfə erməni ilə oynamağın ikiqat məsuliyyət olduğunu deyib.


Müəllif: Teleqraf.com