10 Noyabr 2019 17:59
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan çempionatına yekun vurulub.

Teleqraf.com-un xəbərinə görə, sonuncu – 33-cü turun matçında millimizin qapıçısı Emil Balayevin klubu “Tobol” “Aktobe”ni qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.

Emil bütün 90 dəqiqəni meydanda olub.

Qeyd edək ki, “Tobol” yarışı 63 xalla 4-cü pillədə başa vurduğundan mükafatçılar sırasına düşə biməyib. Birinci yeri 69 xalla “Astana”, ikinci yeri 68 xalla “Kayrat”, üçüncü yeri isə son turda “Taraz”a qalib gəlməklə (3:0) xalını 65-ə yüksəldib bürünc medalı təmin edən “Ordabaşı” tutub.


Müəllif: Teleqraf.com