Türkiyənin "Konyaspor" futbol klubu baş məşqçi Aykut Kocamanla yollarını ayırıb.
Teleqraf.com-un məlumatına görə, bu qərar Superliqanın XXI turunda "Denizlispor"la 0:0 hesablı heç-heçənin qeydə alındığı oyundan sonra verilib.
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.